İdman xəbərləri

Şakir Qəribov Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi təyin edilib

16:55 15-02-2007

Şakir Qəribov Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi təyin edilib

Ötən ilin mayından baş məşqçisiz qalan 21 yaşlılardan ibarət Azərbaycan milli komandasını 51 yaşlı Şakir Qəribov çalışdıracaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, bu gün AFFA-nın mənzil-qərargahında təşkil olunan toplantıda Şakir Qəribovun namizədliyi dəstəklənib. Yığıncaqda AFFA-nın baş katib Fuad Əsədov və milli komandanın baş məşqçisi Şahin Diniyev də iştirak edib.
Qeyd edək ki, əsas yığmada Ş.Diniyevin köməkçisi olan Ş.Qəribov eyni zamanda, aşağı yaş qrupları üzrə milli komandalara cavabdehlik edir. Həmin vəzifələrində qalacaq Ş.Qəribov olimpiya yığmamızda mövsümün sonunadək çalışacaq. Yaşar Vahabzadə və Rafiq Mirzəyev isə Ş.Qəribovun köməkçiləri təyin ediliblər. /APA-Sport/


© APA 2018