İdman xəbərləri

“Səbuhi” klubunun futbolçuları Azərbaycan yığmasının düşərgəsinə qatılmaqdan imtina ediblər

17:23 05-03-2007

“Səbuhi” klubunun futbolçuları Azərbaycan yığmasının düşərgəsinə qatılmaqdan imtina ediblər

Azərbaycanın 17 və 19 yaşınadək qızlardan ibarət milli komandaları yeni ildə ilk məşqə sabah “Şəfa” stadionunda çıxacaqlar. Bu haqda “APA-Sport” agentliyinə yığmanın rəisi Telman Abdullayev məlumat verib. T.Abdullayevin sözlərinə görə, hər iki komandanın birgə keçirəcəyi məşq tanışlıq xarakteri daşıyacaq. Məşqlərdə 25-dən çox futbolçunun iştirakı nəzərdə tutulub. Artıq “Neftçi”, “Ruslan-93”, “Gömrükçü” və “Kaspi” klublarından ümumilikdə, 22 futbolçu tibbi müayinədən keçib. T.Abdullayevin bildirdiyinə görə, Sumqayıtın “Səbuhi” klubunun üzvləri isə milli komandanın düşərgəsinə qatılmayıblar: “Əvvəllər klublara şifahi müraciət edirdik. Bu dəfə onlara yazılı müraciət göndərmişik. Ancaq “Səbuhi” klubundan cavab gəlməyib. Yəqin ki, sumqayıtlı qızlar yaxın günlərdə yığmaya qoşulacaqlar”. /APA-Sport/


© APA 2018