İdman xəbərləri

UEFA kubokunun 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb

17:02 16-03-2007

UEFA kubokunun 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb

Bu gün Şotlandiyanın Qlazqo şəhərində UEFA kubokunun 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA kubokunun son qalibi olan “Sevilya” klubu “Tottenhem” komandası ilə qarşılaşacaq. 1/4 final mərhələsində ilk oyunlar aprelin 5-də, cavab qarşılaşmaları isə 12-də keçiriləcək.

“Alkmaar” (Hollandiya) “Verder” (Almaniya)
“Bayer” (Almaniya) “Osasuna” (İspaniya)
“Sevilya” (İspaniya) “Tottenhem” (İngiltərə)
“Espanyol” (İspaniya) “Benfika” (Portuqaliya)
Yarımfinal mərhələsində “Espanyol” “Benfika” cütünün qalibi “Alkmaar” “Verder” cütünün qalibi ilə, “Bayer” “Osasuna” matçının qalibi isə “Sevilya” “Tottenhem” görüşünün qalibi ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab qarşılaşmaları mayın 3-də keçiriləcək. Final oyunu mayın 16-da Qlazqo şəhərindəki “Hampden Park” stadionunda təşkil olunacaq. /APA-Sport/


© APA 2018