İdman xəbərləri

2017-ci ilin simvolik komandası açıqlanıb

12:15 13-12-2017

2017-ci ilin simvolik komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin simvolik komandalarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilk “11-lik”lərlə yanaşı, ehtiyat heyətlər də müəyyənləşib.

 

Kişi futbolçuların simvolik komandasında ən çox oyunçu ilə təmsil olunan komanda “Real”dı. Madrid təmsilçisinin 5 üzvü ilk “11-lik”də göstərilib. Rəmzi komandanın baş məşqçiliyinə də “Real”ın çalışdırıcısı Zinəddin Zidan layiq görülüb.

 

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev simvolik komandada 10 futbolçunu doğru müəyyənləşdirib. Yalnız əməkdaşımızın bu siyahıya layiq bildiyi Corcio Kyellinini sabiq komanda yoldaşı Leonardo Bonuççi əvəz edib.

 

Kişilər

 

Əsas heyət

Qapıçı

Canluici Buffon (İtaliya. “Yuventus”) - 52% səs

Müdafiəçilər

Dani Alves (Braziliya. “Yuventus” / PSJ) - 48%

Serxio Ramos (İspaniya. “Real”) - 75%

Leonardo Bonuççi (İtaliya. “Yuventus” / “Milan”) - 41%

Marselo (Braziliya. “Real”) - 70%

Yarımmüdafiəçilər

Luka Modriç (Xorvatiya. “Real”) - 53%

Toni Kroos (Almaniya. “Real”) - 46%

Kevin De Bruyne (Belçika. “Mançester Siti”) - 37%

Hücumçular

Kriştianu Ronaldo (Portuqaliya. “Real”) - 86%

Lionel Messi (Argentina. “Barselona”) - 93%

Neymar (Braziliya. “Barselona” / PSJ) - 62%

Baş məşqçi

Zinəddin Zidan (Fransa. “Real”) - 66%

 

Ehtiyat heyət

Qapıçı

Manuel Noyer (Almaniya. “Bavariya”) - 13%

Müdafiəçilər

Daniel Karvahal (İspaniya. “Real”) - 13%

Xerard Pike (İspaniya. “Barselona”) - 21%

Dieqo Qodin (Uruqvay, “Atletiko”) - 20%

Mats Hummels (Almaniya. “Bavariya”) - 16%

Yarımmüdafiəçilər

İsko (İspaniya. “Real”) - 13%

Andres İnyesta (İspaniya. “Barselona”) - 26%

Paolo Dibala (Argentina. “Yuventus”) - 13%

Hücumçular

Harri Keyn (İngiltərə. “Tottenhem”) - 10%

Robert Levandovski (Polşa. “Bavariya”) - 13%

Luis Suares (Uruqvay. “Barselona”) - 8%

Baş məşqçi

Yoahim Löv (Almaniya) - 10%

 

Qadınlar

 

Əsas heyət

Qapıçı

Sarah Buhaddi (Fransa. “Lion”) - 32% səs

Müdafiəçilər

Lusi Bronze (İngiltərə. “Mançester Siti” / “Lion”) - 46%

Vendi Renard (Fransa. “Lion”) - 52%

Stefanie Hyuton (İngiltərə. “Mançester Siti”) - 26%

Anuk Dekker (Hollandiya. “Monpelye”) - 20%

Yarımmüdafiəçilər

Cenifer Marojan (Almaniya. “Lion”) - 68%

Pernilya Harder (Danimarka. “Volfsburq”) - 40%

Karli Lloyd (ABŞ. “Hyuston” / “Mançester Siti”) - 40%

Hücumçular

Like Martens (Hollandiya. “Rozenqard” / “Barselona”) - 75%

Aleks Morqan (ABŞ. “Lion” / “Orlando”) - 32%

Samanta Kerr (Avstraliya. "Skay Blu”) - 35%

Baş məşqçi

Sarina Veyqman (Hollandiya) - 52%



© APA 2018