İdman xəbərləri

2026-cı ildə futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksika "trio"su ev sahibliyi edəcək

15:04 13-06-2018

2026-cı ildə futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksika

2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, qərar bu gün Moskvada keçirilən FİFA-nın 68-ci konqresində verilib.

 

Mundialın ev sahibliyi üçün iki namizəd var idi.

 

Bunlar Mərakeş və ABŞ-Kanada-Meksika “trio”sudu.

 

Səsvermə nəticəsində yarışın ABŞ, Kanada və Meksikanın birlikdə təşkil etməsinə qərar verilib.

 

Qeyd edək ki, 2026-cı ildəki dünya çempionatında 48 komanda iştirak edəcək.



© APA 2018