İdman xəbərləri

AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirilib

17:37 28-12-2017

AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirilib

AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirilib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılov Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

 

Cəbrayılov milli üzvlərinə danışılmış oyunlar mövzusu ilə bağlı məlumat verib.

 

Tədbirin təşkilində əsas məqsəd gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları bundan qorumaq, çəkindirməkdi.



© APA 2018