İdman xəbərləri

AFFA “Qarabağ”ı cərimələyib

12:29 06-12-2017

AFFA “Qarabağ”ı cərimələyib

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIV turunda baş verənləri müzakirə edib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan yığıncaqda “Qarabağ” – “Neftçi” matçı ilə bağlı qərar verilib.

 

Görüşün 26-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimələnib.



© APA 2017