İdman xəbərləri

Aleksandr Babiç: “Qarabağ” Kiyev “Dinamo”su səviyyəsindədir

12:26 12-02-2018

Aleksandr Babiç: “Qarabağ” Kiyev “Dinamo”su səviyyəsindədir

“Təlim-məşq toplanışında planlaşdırdığımız işlərin, demək olar ki, hamısını gördük”. Apasport.az saytının məlumatına görə, bunu “Mariupol”un baş məşqçisi Aleksandr Babiç deyib.

 

Antalyada təlim-məşq toplanışı keçən Ukrayna təmsilçisinin yoxlama görüşündə üz-üzə gəldiyi komandalardan biri də “Qarabağ” olub.

 

Yerli mətbuata açıqlamasında Türkiyə toplanışını dəyərləndirən Babiç Azərbaycan çempionunu xüsusi fərqləndirib: “Müxtəlif üslublarda çıxış edən güclü komandalarla yoxlama görüşləri keçirmək istəyirdik. Yüklənmə fonunda uşaqların gücünü görmək fikrində idim. Bizdə hər şeyin alındığını demək olmaz. Ancaq ümumilikdə toplanışdan və uşaqların bir-biriləri ilə münasibətindən razı qaldım. Komandamın hazırkı durumunu çox yaxşı qiymətləndirirəm. Müdafiə olunmaq baxımından “artırdığımızı” deməliyəm. Uşaqlar bu yöndə tapşırıqlarımı uğurla yerinə yetirdilər. Çox yaxşı klublarla yoxlama görüşləri keçirdik. Məsələn, “Qarabağ” və “Sarayevo” Kiyev “Dinamo”su səviyyəsindədilər. Bu matçlarda gördük ki, düzgün müdafiə olunduğumuz zaman müsbət nəticə qazana bilərik”.

 

Qeyd edək ki, yanvarın 25-də baş tutan “Mariupol” – “Qarabağ” qarşılaşması təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.



© APA 2018