İdman xəbərləri

“Astana” UEFA reytinq siyahısında “Qarabağ”ı qabaqlayıb

12:34 08-12-2017

“Astana” UEFA reytinq siyahısında “Qarabağ”ı qabaqlayıb

Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, keçirilən 12 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

 

Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Çempionlar Liqasının qrupuna düşməklə tarixi uğura imza atan və ölkəmizin buradakı ilk təmsilçisi olan “Qarabağ” 1 pillə geriləyib.

 

İlk “yüzlük”dəki yeganə təmsilçimizin mövqeyini əldən verməsinin səbəbkarı isə “Astana” olub. Çexiyada “Slaviya”nı 1:0 hesabı ilə məğlub edib 1/16 finala yüksələn Qazaxıstan klubu 67-ci pilləni ələ keçirib.

 

Bunadək 67-68-ci yerlərə şərik olan “Qarabağ” isə artıq 68-70-ci yerlərdə qərarlaşıb. Çempionumuzla BATE-nin yeni şəriki isə “Yanq Boyz” olub. Bu komandaların üçünün də aktivində 20,500 xal var.

 

Digər komandalarımıza gəlincə, Ağdam klubu kimi öz əmsalına malik olan “Qəbələ”nin aktivində 5,250 xal var. “Voyvodina” ilə eyni xala malik təmsilçimiz 191-ci pillədə qərarlaşıb.

 

Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasındadı.

 

Qeyd edək ki, ilk “onluq”da heç bir dəyişiklik olmayıb. 148,000 xala malik “Real” cədvələ başçılıq edir.

 

İlk “onluq”

1. “Real” – 148,000

2. “Barselona” – 126,000

3. “Bavariya” – 125,000

4. “Atletiko” – 122,000

5. “Yuventus” – 120,000

6. PSJ – 109,000

7. “Sevilya” – 108,000

8. “Mançester Siti” – 97,000

9-10. “Borussiya” D – 85,000

“Porto” – 85,000

 

Ən yaxşımız və qonşuları

60-61. “Fənərbaxça” – 23,500

“Krasnodar” – 23,500

62-63. “Maribor” – 22,500

“Makkabi” Təl-Əviv – 22,500

64. “Lester” – 22,000

65-66. “Feyenoord” – 21,500

“Rapid” Vyana – 21,500

67. “Astana” – 20,750

68-70. “Qarabağ” – 20,500

“Yanq Boyz” – 20,500

BATE – 20,500

71-73. “Selta” - 20,085

“Real Sosyedad” - 20,085

“Betis” - 20,085

74. “Marsel” – 19,000

75. “Lokomotiv” Moskva – 18,500

 

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825



© APA 2018