İdman xəbərləri

Avropa Liqasında səbətlər dəqiqləşib

10:48 08-12-2017

Avropa Liqasında səbətlər dəqiqləşib

Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, turnirin qrup mərhələsində ilk iki yeri tutan 24 komanda və Çempionlar Liqasının qrup üçüncüsü olan 8 klub gələn il mübarizəni davam etdirəcək.

 

Bu 32 komanda dekabrın 11-də keçiriləcək püşkatmada iki səbətdə yer alacaq. Avropa Liqasının qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmiş olacaq.

 

Çempionlar Liqasından gələn komandalardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlər sırasında yer alacaq. Bu klubların bölgüsü onların qrupda göstərdiyi nəticəyə əsasən aparılıb.

 

Dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Səpələnmişlər: “Milan” (İtaliya), “Arsenal” (İngiltərə), “Atalanta” (İtaliya), “Atletik” (İspaniya), “Atletiko” (İspaniya)*, “Braqa” (Portuqaliya), MOİK (Rusiya)*, “Dinamo” (Ukrayna), “Latsio” (İtaliya), “Leypsiq” (Almaniya)*, “Lokomotiv” (Rusiya), “Viktoriya” (Çexiya), “Zalsburq” (Avstriya), “Sportinq” (Portuqaliya)*, “Vilyarreal” (İspaniya), “Zenit” (Rusiya)

 

Səpələnməmişlər: AEK (Yunanıstan), “Astana” (Qazaxıstan), “Seltik” (Şotlandiya)*, “Srvena Zvezda” (Serbiya), “Borussiya” (Dortmund, Almaniya)*, “Styaua” (Rumıniya), “Kopenhagen” (Danimarka), “Lüdoqorets” (Bolqarıstan), “Lion” (Fransa), “Marsel” (Fransa), “Napoli” (İtaliya)*, “Nitsa” (Fransa), “Ostersund” (İsveç), “Partizan” (Serbiya), “Real Sosyedad” (İspaniya), “Spartak” (Rusiya)*

 

* - Çempionlar Liqasından gələn komandalar

 

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.



© APA 2018