İdman xəbərləri

Avropada daha bir komanda vaxtından əvvəl çempion olub

05:42 16-04-2018

Avropada daha bir komanda vaxtından əvvəl çempion olub

Avropanın daha bir futbol çempionatında yarış bitməmiş çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, söhbət Hollandiya Erediviziyasından gedir.

 

Ötən həftə “Bavariya” Almaniyada qızıl medalları təmin etmişdisə, bu həftə “Mançester Siti” İngiltərədə, PSJ Fransada, PSV isə Hollandiyada vaxtından əvvəl çempionluğu bayram edib.

 

Erediviziyanın 31-ci turunda doğma meydanda “Ayaks”ı 3:0 hesabı ilə məğlub edən eyndhovenlilər 24-cü çempionluğunu rəsmiləşdirib. Bu qələbədən sonra xallarının sayını 80-ə yüksəldən komanda sona 3 tur qalmış ən yaxın izləyicisi “Ayaks”ı 10 xal qabaqlayır.



© APA 2018