İdman xəbərləri

Azərbaycan futzalçıları beynəlxalq turnirdə iştirak edəcək

15:42 10-11-2017

Azərbaycan futzalçıları beynəlxalq turnirdə iştirak edəcək

Futzal üzrə Azərbaycan milli komandası beynəlxalq turnirdə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız İranın İsfahan şəhərində təşkil olunacaq “4 Top Nations” ənənəvi beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

 

Yarış dekabrın 2-dən 7-dək keçiriləcək. Turnirdə yığmamızla bərabər İran, Qazaxıstan və Rusiya milliləri də iştirak edəcək.

 

Komandamız dekabr 3-də İran, 4-də Rusiya, 6-da Qazaxıstanla görüşəcək.



© APA 2017