İdman xəbərləri

Azərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru ola bilər

11:10 20-12-2017

Azərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru ola bilər

Bir neçə il əvvəl Madrid “Atletiko”suna sponsorluq edən Azərbaycan İspaniya Kral Futbol Federasiyasının baş sponsoru ola bilər. Apasport.az saytının məlumatına görə, bu iddianı məşhur “As” nəşri irəli sürüb.

 

Bildirilir ki, qarşıdakı 5 ildə qurumun baş sponsoru olacaq Azərbaycan ispaniyalılara 50 milyon dollar ödəməlidi. Amma siyasi arenalarda baş verənlər və əksər yığmaların, o cümlədən İspaniya millisinin Rusiyadakı dünya çempionatına gedib-getməməyinin müzakirəyə çıxarılması müqavilənin taleyini sual altına salıb.

 

Bu da İspaniya futbol qurumunda müəyyən narahatlıqlara səbəb olub. Hətta federasiyanın marketinq direktoru Visente Kasado və idman direktoru Fernando Yerronun Bakıya səfəri də təxirə salınıb. Onların hətta ölkəmizə imzalanmalı olan sənədlərlə gəldiyi də iddia edilir.

 

İndi federasiya rəhbərliyi DÇ-2018-lə bağlı FİFA-nın yekun qərarını gözləyir və yığmanın mundialdakı iştirakının təsdiqlənəcəyi an müqaviləni imzalamağa çalışacaq. Bu baş tutsa, federasiyanın tarixində ən bahalı anlaşma olacaq.



© APA 2018