İdman xəbərləri

Azərbaycan UEFA reytinqində irəliləyə bilər

15:47 11-07-2017

Azərbaycan UEFA reytinqində irəliləyə bilər

“Qarabağ”in Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə ilk görüşündə qazanacağı qələbə Azərbaycanın UEFA reytinqində mövqeyinə təsir edəcək. Apasport.az saytının məlumatına görə, istənilən hesabla əldə olunacaq uğur 1 pilləlik irəliləyiş vəd edir.

 

Azərbaycan çempionu qalib gəlsə, hesabımıza 0,250 xal gətirəcək. Hazırda 15,750 xalla Avropanın 23-cüsü olan ölkəmiz əmsalını 16,000-a çatdıracaq.

 

Bu isə 1 pilləlik irəliləyişdi. Çünki 22-ci olan Belarusun da eyni xalı var. Bu ölkənin təmsilçisi BATE isə yalnız sabah meydana çıxacaq. Günü isə onlarla eyni xala malik kimi başa vuracağıq. Əlavə göstəricilərdəki üstünlük isə 22-ci yerdə qərarlaşmağımıza imkan verəcək.

 

Ən azı bir günlük yüksəlişin qorunması isə Avropa Liqasındakı təmsilçilərimizdən asılı olacaq. Çünki Belarusun bütün komandaları qalib gəlsə də, Azərbaycanın onları keçmək şansı var. Ona görə ki, bizim 4, onların isə 3 komandası mübarizəni davam etdirir. Bu da o deməkdi ki, “Qarabağ”ın qələbəsi ilə Belarusu keçmək, digərləri ilə mövqeyimizi qorumaq mümkündü.



© APA 2017