İdman xəbərləri

Azərbaycanlı hakim “Gimaraeş” - “Zalsburq” görüşünü idarə edəcək

16:00 11-09-2017

Azərbaycanlı hakim “Gimaraeş” - “Zalsburq” görüşünü idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, gənc referi Avropa Liqasının qrup mərhələsinin ilk turunda iş başında olacaq.

 

Belə ki, UEFA “Gimaraeş”-  “Zalsburq” qarşılaşmasını ona həvalə edib. “Afonso Enrike” stadionunda baş tutacaq matçda ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcəksə, matçın əlavə hakim köməkçiləri Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

 

Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Gimaraeş”- - “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.



© APA 2017