İdman xəbərləri

Bakıda keçiriləcək Avropa Liqasının finalında yeni sistem tətbiq ediləcək

14:21 20-12-2017

Bakıda keçiriləcək Avropa Liqasının finalında yeni sistem tətbiq ediləcək

“2019-cu ildə Bakıda Avropa Liqasını finalı keçiriləcək. Yeni sistem tətbiq edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Bu gün “Bayıl Arena”da təşkil olunan mətbuat konfransında iştirak edən qurum rəsmisi futbol stadionlarında mövcud polis probleminin həlli yollarından danışıb. Azarkeşlərlə asayiş keşikçiləri arasında dəfələrlə yaşanan insidentlərin təkrarlanmaması üçün atılacaq addım “Stuart” sisteminin yaradılması olacaq: “Polislərlə birlikdə xüsusi təlimlər olacaq. 1200 polis əməkdaşı “stuart” sistemi üzrə təlim alacaq. Qərbdəki futbol mədəniyyətini Azərbaycanda tətbiq etmək istəyirik. Təlimlərə apreldə başlayacağıq. Nəticəsini isə 2019-cu ildə görəcəyik. Təhlükəsizlik çox vacibdi. Bu gün polissiz bir oyun təşkil edə bilmərik. “Stuart” sistemi olanda isə onlar hər kəsə xidmət göstərəcəklər”.



© APA 2018