İdman xəbərləri

“Boavişta”nın hücumçusu 20 yaşında xərçəngdən ölüb

21:19 24-12-2017

“Boavişta”nın hücumçusu 20 yaşında xərçəngdən ölüb

Portuqaliyanın “Boavişta” klubunun hücumçusu Edu Ferreyra bu gün vəfat edib. Apasport.az saytının məlumatına görə, bu barədə klub tvitter hesabından açıqlama verib.

 

Gənc oyunçuya ötən il xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu. 20 yaşlı oyunçu xəstəliyini öyrənən kimi futbol karyerasını bitirib onkoloji problemləri ilə məşğul olmağa başlamışdı.

 

Qeyd edək ki, 2017-ci ilin dekabrında klubu ona mənəvi dəstək vermək üçün simvolik olaraq müqaviləsinin müddətini 2017/18 mövsümünün sonuna kimi uzatmışdı.



© APA 2018