İdman xəbərləri

Buffon PSJ ilə müqavilə imzalayıb

21:16 06-07-2018

Buffon PSJ ilə müqavilə imzalayıb

“Yuventus” klubunun sabiq qapıçısı Canluici Buffon Parisin PSJ klubu ilə müqavilə imzalayıb.

 

APA-nın xəbərinə görə, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat verib. 40 yaşlı qapıçı PSJ ilə 1+1 illik müqavilə imzalayıb, onun illik məvacibi 8 milyon avro təşkil edəcək.

 

2001-ci ildən “Yuventus”un şərəfini qoruyan C.Buffon bu ilin mayında klubu tərk edib.



© APA 2018