İdman xəbərləri

Canluici Buffon futboldan gedəcəyi vaxtı açıqlayıb

16:56 09-03-2018

Canluici Buffon futboldan gedəcəyi vaxtı açıqlayıb

“Yuventus”un qapıçısı Canluici Buffon karyerası ilə bağlı qərarını verib. Apasport.az saytı “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı qolkiper mövsümün sonunda futbolla vidalaşmaq niyyətindədi.

 

Bir müddət öncə Buffonun daha 1 mövsüm futbol oynamaq fikrində olduğu yazılsa da, təcrübəli çərçivə qoruyucusu may ayından sonra karyerasını davam etdirməyi düşünmür.

 

Qeyd edək ki, Buffon ötən ilin sonunda yığma karyerasını bitirdiyini açıqlayıb. 



© APA 2018