İdman xəbərləri

Çempionlar Liqasında ¼ final mərhələsinə yekun vurulub

00:52 20-04-2017

Çempionlar Liqasında ¼  final mərhələsinə yekun vurulub

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.

 

“Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu “Yuventus”la öz meydanında da bacara bilməyib. "Nou Kamp"da 90 min azarkeşin izlədiyi oyunda qapılara qol vurulmayıb. Beləliklə, turinlilər qitənin ən nüfuzlu klub turnirində son 4 komandadan biri olublar.

 

“Monako” – “Borussiya” görüşündə isə bu dəfə 4 qol vurulub. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Meydan sahibləri rahat qələbə ilə adını yarımfinala yazdırıb - 3:1.

 

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

19 aprel

 

“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) - 0:0

İlk oyun – 0:3

 

“Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1

Qollar: Mbappe, 3, Falkao, 17, Cermeyn, 81 - Roys, 48

İlk oyun – 3:2



© APA 2017