İdman xəbərləri

DÇ-2018: Bu gün Avropa zonasında seçmə mərhələyə yekun vurulacaq

07:44 10-10-2017

DÇ-2018: Bu gün Avropa zonasında seçmə mərhələyə yekun vurulacaq

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son olaraq A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gələcək.

 

A qrupunda Fransa ilk pilləni əldə edərək mundiala birbaşa yollanmağa çox yaxındı. Bunun üçün Didye Deşamın yetirmələri doğma meydanda Belarusu məğlub etməlidir.

 

İkinci pillənin sahibinin adı da böyük ölçüdə aydındır. Belə ki, Hollandiya – İsveç oyununda “narıncılar” ikinci pilləni əldə etmək üçün 12 cavabsız qolla qələbə qazanmalıdır. Bu isə möcüzə deməkdir.

 

B qrupunda isə lider son oyunda bəlli olacaq. İsveçrə Portuqaliya səfərində uduzmasa, Rusiyaya birbaşa gedəcək. Əks halda isə portuqallar birinciliyi əldə edəcəklər. Qrupun digər oyunları isə formal xarakter daşıyacaq.

 

H qrupunun birincisi artıq məlumdur. İkincilik uğrunda qiyabi mübarizədə isə Yunanıstanla Bosniya və Hersoqovina yarışacaqlar.

 

Birincilər zəif Cəbəllütariqlə matçda qalib gəlsələr, pley-offda oynamağa haqq qazanacaqlar. Bosniya və Hersoqovina isə Estoniyanı yenib möcüzə ümid etməlidir.

 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

X tur

 

A qrupu

22:45. Hollandiya - İsveç

22:45. Fransa - Belarus

22:45. Lüksemburq – Bolqarıstan

 

1.

Fransa

9

6

2

1

16:5

20

2.

İsveç

9

6

1

2

26:7

19

3.

Hollandiya

9

5

1

3

19:12

16

4.

Bolqarıstan

9

4

0

5

13:18

12

5.

Belarus

9

1

2

6

5:19

5

6.

Lüksemburq

9

1

2

6

7:25

5

 

B qrupu

22:45. Portuqaliya - İsveçrə

22:45. Macarıstan - Farer adaları

22:45. Latviya – Andorra

 

1.

İsveçrə

9

9

0

0

23:5

27

2.

Portuqaliya

9

8

0

1

30:4

24

3.

Macarıstan

9

3

1

5

13:14

10

4.

Farer Adaları

9

2

3

4

4:15

9

5.

Latviya

9

1

1

7

3:18

4

6.

Andorra

9

1

1

7

2:19

4

 

H qrupu

22:45. Yunanıstan - Cəbəllütariq

22:45. Estoniya - Bosniya və Herseqovina

22:45. Belçika - Kipr

 

1.

Belçika 

9

8

1

0

39:6

25

2.

Yunanıstan

9

4

4

1

13:6

16

3.

Bosniya və Hersoqovina

9

4

2

3

22:12

14

4.

Estoniya

9

3

2

4

12:17

11

5.

Kipr

9

3

1

5

9:14

10

6.

Cəbəllütariq

9

0

0

9

3:43

0

 



© APA 2017