İdman xəbərləri

DÇ-2018: Xorvatiya millisinin heyəti açıqlanıb

15:58 14-05-2018

DÇ-2018: Xorvatiya millisinin heyəti açıqlanıb

Xorvatiya millisinin DÇ-2018 üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Zlatko Daliçin rəhbərlik etdiyi məşqçilər korpusunun siyahısında 32 futbolçu yer alıb.

 

Xorvatiya millisi Rusiyadakı mundialda mübarizəyə D qrupunda başlayacaq. Balkanlılar iyunun 16-da Nigeriya, 21-də Argentina, 26-da İslandiya ilə qarşılaşacaq.

 

Qapıçılar: Danigl Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Gent", Belçika), Dominik Livakoviç ("Dinamo" Zaqreb), Karlo Letitsa ("Hayduk");

 

Müdafiəçilər: Vedran Çorluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Beşiktaş", Türkiyə), İvan Striniç ("Sampdoriya", İtaliya), Deyan Lovren ("Liverpul", İngiltərə), Şime Vrsalko ("Atletiko", İspaniya), Yosip Pivariç ("Dinamo" Kiyev, Ukrayna), Tin Edvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Osiyek"), Zoran Nijiç ("Hayduk"), Duje Çaleta-Sar ("Zalsburq", Avstriya), Borna Sosa ("Dinamo" Zaqreb);

 

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi - "Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Milan Badel ("Fiorentina", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Marko Roq ("Napoli", İtaliya), Mario Paşaliç ("Spartak", Rusiya), Filip Bradariç ("Riyeka");

 

Hücumçular: Mario Mancukiç ("Yuventus", İtaliya), İvan Perişiç ("İnter", İtaliya), Nikola Kaliniç ("Milan", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Marko Pyatsa ("Şalke", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Due Çop ("Kalyari", İtaliya), İvan Santini ("Kan", Fransa).

 

Qeyd edək ki, iyunun 14-də start götürəcək DÇ-2018 iyulun 15-dək davam edəcək.



© APA 2018