İdman xəbərləri

DÇ-2018: Yarımfinalın ilk cütlüyü müəyyənləşib

00:07 07-07-2018

DÇ-2018: Yarımfinalın ilk cütlüyü müəyyənləşib

Rusiyada keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, günün iki qarşılaşmasından sonra yarımfinal mərhələsinin ilk cütlüyü müəyyənləşib.

 

Əvvəlcə Fransa Uruqvayı (2:0), ardından isə Belçika Braziliyanı (2:1) məğlub edib. Cənubi amerikalıları mübarizədən kənarlaşdıran avropalılar yarımfinalda üz-üzə gələcəklər.

 

Fransa ilə Belçika arasındakı görüş iyulun 10-da keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək.



© APA 2018