İdman xəbərləri

Fatih Terim sabiq “Qəbələ”lini “Qalatasaray”a qaytardı

14:14 28-12-2017

Fatih Terim sabiq “Qəbələ”lini “Qalatasaray”a qaytardı

“Qəbələ” Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş “Qalatasaray”a qayıdıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis yenidən “cim-bom”un futbol akademiyasına nəzarət edəcək.

 

Əsas komandanın baş məşqçisi postuna gətirilən Fatih Terim klubun keçmiş nümayəndələrinin qayıtmasında vasitəçilik edir ki, onlardan biri də Yavaş olub. Terim aşağı yaş qruplarında bütün səlahiyyətləri ona tapşırıb.

 

Qeyd edək ki, 2002-2008-ci illərdə “Qalatasaray”da çalışmış, Arda Turan, Uğur Uçar və Sabri Sarıoğlu kimi oyunçuları kəşf etmiş Ali Yavaş 2009-cu ildən 2012-ci ilə qədər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib.



© APA 2018