İdman xəbərləri

“Fənərbaxça” məşhur ispaniyalı futbolçunu heyətinə qatıb

02:31 10-08-2017

“Fənərbaxça” məşhur ispaniyalı futbolçunu heyətinə qatıb

“Fənərbaxça”nın yeni transferi Roberto Soldado İstanbula gəlib.

 

Apasport.az saytının məlumatına görə, ispaniyalı hücumçu hava limanında  bir qrup azarkeş tərəfindən coşğu ilə qarşılanıb.

 

Türkiyə mətbuatında yer alan xəbərlərdə istanbulluların oyunçu üçün klubu “Vilyareal”a 10 milyon avro ödəyəcəyi bildirilib.

 

Qeyd edək ki, İspaniya millisinin eks-üzvü bu gün tibbi müayinədən keçdikdən sonra “Fənər”lə müqavilə imzalayacaq. 32 yaşlı forvard müxtəlif illərdə “Real” (Madrid), “Valensiya”, “Tottenhem Hotspur” kimi klublarda oynayıb.



© APA 2017