İdman xəbərləri

Fransanın “PSJ” klubu vaxtından əvvəl ölkə çempionluğunu qazanıb

01:08 16-04-2018

Fransanın “PSJ” klubu vaxtından əvvəl ölkə çempionluğunu qazanıb

Parisin “PSJ” futbol klubu Fransa çempionatının başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib.

 

APA-nın məlumatına görə, parislilər 33-cü turda ikinci pillədə qərarlaşan “Monako”-nu 7:1 hesabı ilə darmadağın ediblər.

 

87 xal toplayan “PSJ”  “Monako” ilə fərqi  17 xala çatdırıb.

 

Beləliklə, "PSJ" tarixində 7-ci dəfə Fransa çempionu olub.

 



© APA 2018