İdman xəbərləri

Hames Rodriges “Bavariya”ya keçib

15:42 11-07-2017

Hames Rodriges “Bavariya”ya keçib

“Real”ın yarımmüdafiəçisi Hames Rodrigesin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kolumbiyalı futbolçu karyerasını Almaniyada davam etdirəcək.

 

PSJ və “Mançester Yunayted”in də maraq dairəsində olan 25 yaşlı orta sahə oyunçusu “Bavariya” ilə anlaşıb. Klublar arasındakı anlaşmaya görə, Hames qarşıdakı iki mövsümü icarə əsasında Bundesliqa çempionunun heyətində keçirəcək. “Bavariya” 2 ildən sonra onu birdəfəlik transfer etmək hüququna da malik olacaq.

 

Qeyd edək ki, Hames Rodrigesin 2014-cü ildə “Monako”dan transferi zamanı “Real” 63,7 milyon avro xərc çəkib.



© APA 2017