İdman xəbərləri

İngiltərə Premyer Liqası klubunun baş məşqçisi istefaya göndərilib

04:14 13-03-2018

İngiltərə Premyer Liqası klubunun baş məşqçisi istefaya göndərilib

İngiltərə Premyer Liqasında çıxış edən “Sauthempton” klubu baş məşqçi Maurisio Pelleqrinonu istefaya göndərib.

 

APA-nın xəbərinə görə, bu barədə klubun mətbuat xidmətinin açıqlamasında bildirilir.

 

45 yaşlı argentinalı mütəxəssis ötən ilin yayında kluba gətirilmişdi. Tərəflər arasında üç illik razılaşmanın olmasına baxmayaraq, klub vaxtından əvvəl müqaviləyə xitam verib.

 

Qeyd edək ki, “Sauthempton” bu mövsüm keçirdiyi 30 oyundan sonra cəmi 28 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.



© APA 2018