İdman xəbərləri

İrlandiyada futbolçu meydanda ölüb

01:44 14-12-2017

İrlandiyada futbolçu meydanda ölüb

İrlandiyanın “Şelburn” klubunun futbolçusu İzzi Dezu meydanda vəfat edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, klubun gənc futbolçulardan ibarət komandasının üzvü oyun zamanı qəflətən huşunu itirərək yerə yıxılıb.

 

16 yaşlı İ.Dezu dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünün səbəbləri barədə hələ ki, məlumat verilmir.



© APA 2018