İdman xəbərləri

İspaniya klubları “Qarabağ”dan uzaqlaşır

10:40 13-04-2018

İspaniya klubları “Qarabağ”dan uzaqlaşır

Avrokubokların 1/4 final mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 442 komandası yer alıb.

 

Bu həftə keçirilən 8 qarşılaşma cədvəldə cüzi dəyişikliklərə səbəb olub. İlk “onluq”da yalnız bir yerdəyişmə qeydə alınıb. “Barselona”dan uzaqlaşmağı bacaran “Bavariya” digər İspaniya klubu “Atletiko”ya şərik çıxıb. Bu iki komanda “Real”dan sonra 2-ci yeri bölüşür.

 

Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəyə malik “Qarabağ” 73-cü pillədə qalıb. Qurban Qurbanovun yetirmələri son 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Ağdam klubu BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eyni pilləyə şərikdi.

 

Azərbaycan çempionunun özündən irəlidə qərarlaşan üç İspaniya klubu ilə fərq isə artıb. “Selta”, “Real Sosyedad” və “Betis” artıq təmsilçimizi 0,556 xal üstələyir.

 

Digər klublarımızdan “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdi.

 

İlk “onluq”

1. “Real” (İspaniya) – 156,000

2-3. “Bavariya” (Almaniya) – 134,000

“Atletiko” (İspaniya) – 134,000

4. “Barselona” (İspaniya) – 132,000

5. “Yuventus” (İtaliya) – 126,000

6. “Sevilya” (İspaniya) – 113,000

7. PSJ (Fransa) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Arsenal” (İngiltərə) – 20,000

10. “Borussiya” (Dortmund, Almaniya) – 89,000

 

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500

“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) - 21,056

“Real Sosyedad” (İspaniya) - 21,056

“Betis” (İspaniya) - 21,056

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-80. “Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

 

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825



© APA 2018