İdman xəbərləri

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib

15:58 13-06-2018

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib

İspaniya Futbol Federasiyası yığmanın yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az-ın federasiyasının saytına istinadən məlumatına görə, Fernando Yerro dünya çempionatında “matadorlar”a rəhbərlik edəcək.

 

O, daha öncə millidə idman direktoru vəzifəsini tuturdu.

 

Xatırladaq ki, Xulen Lopeteqi “Real”a baş məşqçi təyin olunmasının ardından millidəki postundan uzaqlaşdırılmışdı.



© APA 2018