İdman xəbərləri

“Keşlə” ukraynalı məşqçi ilə müqavilə bağlayıb

12:17 25-12-2017

“Keşlə” ukraynalı məşqçi ilə müqavilə bağlayıb

“Keşlə”nin ölkə çempionatında üçüncü dövrəyə hansı məşqçinin rəhbərliyi altında başlayacağı dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, paytaxt klubu Yuri Maksimovla münasibətləri rəsmiləşdirib.

 

Bu barədə əməkdaşımızla söhbətində klubun prezidenti Zaur Axundov məlumat verib.

 

Ukraynalı çalışdırıcı ilə az öncə rəsmi müqavilə imzalanıb. Tərəflər 6 aylıq sözləşməyə qol çəkiblər. Bu isə o deməkdi ki, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər “Keşlə”yə rəhbərlik edəcək.

 

Maksimov bu postda komandanın “sükanı arxası”na müvəqqəti gətirilmiş Ramiz Məmmədovu əvəzləyib.



© APA 2018