İdman xəbərləri

Konfederasiyalar Kuboku-2017-nin ən yaxşı qolu seçilib

05:47 11-07-2017

Konfederasiyalar Kuboku-2017-nin ən yaxşı qolu seçilib

Meksika yığma komandasının futbolçusu Marko Fabianın Almaniya ilə yarımfinal matçında vurduğu qol 2017 FİFA Konfederasiyalar Kubokunun ən yaxşısı olub.

 

APA-nın xəbərinə görə, bu barədə FİFA-nın saytında bildirilir.

 

İlk beşliyə həmçinin Raul Ximenes (Meksika), Andre Silva (Portuqaliya), Kərəm Dəmirbəy (Almaniya) və Andre-Frank Zambo Anqissanın (Kamerun) qolları daxildir.

 

Qeyd edək ki, 17 iyun – 2 iyulda Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun qalibi Almaniya millisi olub.

 



© APA 2017