İdman xəbərləri

Kral Kubokunun püşkü atılıb

16:12 12-01-2018

Kral Kubokunun püşkü atılıb

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarımfinal öncəsi 2 derbi baş tutacaq.

 

Belə ki, Madrid derbisində “Leqanes”lə “Real” üz-üzə gələcəksə, “Espanyol”la “Barselona” Kataloniya derbisində münasibətlərinə aydınlıq gətirəcəklər. “Valensiya” bu mərhələdə “Alaves”i sınağa çəkəcək. Ən çox diqqət çəkən qarşılaşma isə “Atletiko” ilə “Sevilya” arasında baş tutacaq.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları yanvarın 17-də və 24-də keçiriləcək.



© APA 2018