İdman xəbərləri

Kriştiano Ronaldo dördüncü dəfə ata olub

00:45 13-11-2017

Kriştiano Ronaldo dördüncü dəfə ata olub

Madridin “Real” klubu və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo dördüncü dəfə ata olub.

 

APA-nın xəbərinə görə, bu barədə Ronaldo özünün “İnstagram” səhifəsində yazıb.

 

O qeyd edib ki, sevgilisi Corcina Martines və körpə özlərini yaxşı hiss edirlər.  Yeni doğulan qıza Alana Martina adı verilib.

 

Qeyd edək ki, bu ilin iyununda 32 yaşlı futbolçu surroqat ana vasitəsilə əkiz uşaq atası olub. Bundan başqa, onun 7 yaşlı daha bir oğlu var.



© APA 2017