İdman xəbərləri

Lionel Messi "2017-ci ilin ən yaxşı futbolçusu" adına layiq görülüb

15:43 02-01-2018

Lionel Messi

İspaniyanın məşhur “Marca” nəşri 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

 

APA-nın İspaniya KİV-lərinə istinadən verdiyi məlumata görə, “Real”a yaxınlığı ilə tanınan “Marca” ilin ən yaxşı futbolçusu kimi “Barselona”lı Lionel Messini seçib.

 

Argentinalını “Real”ın qoleadoru Kriştianu Ronaldo izləyib. Siyahıda üçüncü yerdə “kral klubu”nun digər üzvü İsko qərarlaşıb.

 

Ümumiyyətlə, 100 futbolçunun yer aldığı siyahıda “Real”ın 4 oyunçusu ilk “10-luq”da yer alıb.

 

İlk “10-luq”:

 

1. Lionel Messi (“Barselona”)

2. Kriştianu Ronaldo (“Real”)

3. İsko (“Real”)

4. Harri Keyn (“Tottenhem”)

5. Luka Modriç (“Real”)

6. Kilian Mbappe (PSJ)

7. Canluici Buffon (“Yuventus”)

8. Neymar (PSJ)

9. Serxio Ramos (“Real”)

10. Kevin De Bruyne (“Mançester Siti”)



© APA 2018