İdman xəbərləri

​“Mançester Siti” İngiltərə çempionatında ardıcıl 15 qələbə qazanan ilk klub olub

05:07 14-12-2017

​“Mançester Siti” İngiltərə çempionatında ardıcıl 15 qələbə qazanan ilk klub olub

​“Mançester Siti”  klubu İngiltərə Premyer Liqasında ardıcıl 15 qələbə qazanan ilk klub olub.

 

APA-nın məlumatına görə, ötən axşam “Mançester Siti” 17-ci tur çərçivəsində rəqib meydanında “Suonsi”ni 4:0 hesabı ilə darmadağın edib.

 

Beləliklə, Xosep Qvardiolanın yetirmələri London “Arsenal”nın rekordunu qırıblar. Qeyd edək ki, “Arsenal” 14 ardıcıl qələbəni iki mövsüm ərzində (2001/02 - 2002/03) rəsmiləşdirib.

 

Hazırda 17 matçdan sonra 49 xal toplayan “Mançester Siti” ən yaxın rəqibini 11 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. 



© APA 2018