İdman xəbərləri

“Neftçi”nin əvəzedici heyəti Mahmud Qurbanova tapşırılıb

17:37 12-06-2018

“Neftçi”nin əvəzedici heyəti Mahmud Qurbanova tapşırılıb

“Neftçi”də əsas komandadan sonra əvəzedici heyətin də baş məşqçisi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubunun gəncləri Mahmud Qurbanova tapşırılıb.

 

Belə ki, yeni mövsümdən əvəzedicilərə məhz Qurbanov rəhbərlik edəcək.

 

Qeyd edək ki, 1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarında da oynayıb. "Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub.

 

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan millisinin köməkçi məşqçisi vəzifələrində çalışıb. O, UEFA-nın A kateqoriyalı məşqçisidi.



© APA 2018