İdman xəbərləri

İngiltərə Premyer Liqası klubunun baş məşqçisi istefaya göndərilib

06:37 21-12-2017

İngiltərə Premyer Liqası klubunun baş məşqçisi istefaya göndərilib

İngiltərə Premyer Liqası klublarından “Suonsi”də baş məşqçi dəyişikliyi olub. Apasport.az saytının məlumatına görə, Uels təmsilçisi ingilis çalışdırıcı Pol Klementi qovub.

 

2017-ci ilin yanvar ayında komandanı qəbul edən və onu aşağı dəstəyə düşməyə qoymayan Klement cari mövsümdəki uğursuzluqlar səbəbindən istefaya göndərilib.

 

 Pol Klement daha əvvəl Karlo Ançelottinin köməkçisi kimi “Çelsi”, PSJ, “Real”, “Bavariya”da işləyib.

 

 Qeyd edək ki, “Suonsi” bu mövsüm keçirdiyi 18 oyundan sonra sadəcə 12 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.



© APA 2018