İdman xəbərləri

“Qalatasaray” İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək - YENİLƏNİB-1

19:28 18-12-2017

“Qalatasaray” İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək - YENİLƏNİB-1

“Qalatasaray”ın baş məşqçisi İqor Tudorun istefaya göndərilməsindən sonra klub rəhbərliyində anlaşmazlıq yaranıb.

 

APA-nın “Apasport”a istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssisi kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

 

Bunun nəticəsində klubun idarə heyəti növbədənkənar iclas çağırmağa qərar verib.

 

İclasda klub prezidentliyinə erkən seçimlər də olacaq. Toplantı növbəti ilin yanvar ayının 13-də keçiriləcək. Əgər seçkilərin ilk turunda böyük üstünlük əldə olunmasa, ikinci tur yanvarın 20-də baş tutacaq.

 

Qeyd edək ki, “Qalatasaray” İqor Tudorun rəhbərliyi altında meydana çıxdığı 14 oyunda 8 qələbə, 1 bərabərlik və 5 məğlubiyyət alıb. 

 

*** 18.33

 

"Qalatasaray"ın baş məşqçisi İqor Tudorun istefaya göndərilməsi rəsmiləşib.

 

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, klubun İdarə Heyəti İ. Tudorun baş məşqçi postundan uzaqlaşdırılması qərarını təsdiqləyib.

 

Qərar barədə xorvatiyalı baş məşqçinin meneceri məlumatlandırılıb.

 

İ. Tudora 400 min avro təzminat ödənəcək.

 

 

***

 

12.46

 

Türkiyənin "Qalatasaray" futbol komandasında növbəti baş məşqçi dəyişikliyi gözlənilir.

 

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, klub rəhbərliyi ölkə Super Liqasının son turunda "Yeni Malatyaspor" qarşısında alınan məğlubiyyətdən sonra bas məşqçi İqor Tudoru vəzifəsindən uzaqlaşdırmağı qərara alıb. Qərar gün ərzində rəsmən açıqlanacaq. İ. Tudora 400 min avro təzminat ödəniləcəyi bildirilir.

 

Qeyd edək ki, "Qalatasaray" rəqib meydanda oynadığı son 4 matçda məğlub olub. İ. Tudor baş məşqçi təyin olunduğu ötən mövsümün ortalarından bəri "Qalatasaray" heç bir derbi matçda qələbə qazana bilməyib.

 

Hazırda komanda Super Liqada 2-ci yerdədir.



© APA 2018