İdman xəbərləri

“Qalatasaray”da prezidentliyə namizədlər məlum olub

21:00 29-12-2017

“Qalatasaray”da prezidentliyə namizədlər məlum olub

Yanvarın 20-də növbədənkənar prezident seçkiləri keçirəcək “Qalatasaray”da namizədlər bəlli olub.

 

Apasport.az saytının məlumatına görə, klub prezidentliyi uğrunda iki nəfər mübarizə aparacaq.

 

Hazırkı başqan Dursun Özbəkdən əlavə Mustafa Cengiz də namizədliyini irəli sürüb. Hər iki şəxsin müraciəti Divan Kurulu tərəfindən qəbul edilib.

 

Namizədlər birlikdə çalışacaqları İdarə Heyətinin tərkibini də elan ediblər.

 

Qeyd edək ki, yeni seçiləcək prezidentin səlahiyyət müddəti 3 il olacaq.



© APA 2018