İdman xəbərləri

“Qarabağ” Avstriyaya yollanıb

17:40 16-06-2017

“Qarabağ” Avstriyaya yollanıb

Ölkəmizi yenidən Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi hazırlığın ikinci mərhələsi üçün bu gün ölkə xaricinə yola düşüb.

 

Qurban Qurbanovun komandası bu gündən məşqlərini Avstriyada keçəcək. Bakı-İstanbul-Zalsburq reysi ilə yola düşən “Qarabağ”ın Avstriyada 3 yoxlama görüşü keçirməyi gözlənilir.

 

İlk olaraq iyunun 20-də “Axmat” (Rusiya) ilə üz-üzə gələcək komanda ayın 24-də Sofiya MOİK-i (Bolqarıstan), 28-də isə Moskva “Dinamo”su (Rusiya) ilə qarşılaşacaq.



© APA 2017