İdman xəbərləri

“Qarabağ”ın futbolçuları Ağdamda əsgərlərlə görüşəcəklər

14:16 17-05-2018

“Qarabağ”ın futbolçuları Ağdamda əsgərlərlə görüşəcəklər

“Qarabağ”ın futbolçuları Ağdama yollanır. Klubdan apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin 5 üzvü doğma rayona səfər edəcək.

 

Bunlar qapıçı İbrahim Şehiç, müdafiəçilər Elvin Yunuszadə, Maksim Medvedev, yarımmüdafiəçilər Qara Qarayev və Coşqun Diniyevdi. Ardıcıl 5-ci dəfə ölkə çempionluğunu qazanan “Qarabağ”ın üzvlərinin səfərdə məqsədi əsgərlərlə görüşməkdi. Təşəbbüs isə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən gəlib.

 

Qeyd edək ki, “Qarabağ” mayın 21-də “Qəbələ” ilə keçiriləcək çempionatın son matçının ardından çempionluq kubokunu başı üzərinə qaldıracaq.



© APA 2018