İdman xəbərləri

“Qarabağ”ın futbolçusu: “Xaricdə çıxış etmək bizim cəhənnəmdən yaxşıdı”

17:27 27-12-2017

“Qarabağ”ın futbolçusu: “Xaricdə çıxış etmək bizim cəhənnəmdən yaxşıdı”

“Əgər həyat məni məcbur etməsə, ölkə xaricində oynamağa üstünlük verəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak deyib.

 

Vətənində müsahibə verən müdafiəçi Ağdam klubu ilə müqaviləsinin başa çatacağı 2019-cu ildən sonra da geri dönmək niyyətində deyil. Polşa çempionatını cəhənnəmə bənzədən Yakub Azərbaycanda rahatlıq tapdığını vurğulayıb: “Şübhəsiz ki, xaricdə çıxış etmək bizim cəhənnəmdən yaxşıdı. Mən burada istirahət edirəm. İnsanlar bizə daha çox hörmət edirlər. Hətta sosial şəbəkələrdə azarkeşlərlə sıx ünsiyyətimə görə mənə mükafat kimi hədiyyə də təqdim olundu. Polşada isə yalnız məşq etməli və internetdən uzaq durmalı olduğumuzu eşidirdim”.

 

Jezniçak “Qarabağ”a keçidinə görə sevindiyini də gizlətməyib: “Qarabağ”a keçid ən yaxşı qərar idi. İnsan bir yerdə həddən artıq çox qalanda monoton olur. Mənə yenidən problemlər lazım deyil ki, onların üzərində baş sındırım. Burada daha rahat şəkildə oymayıram. Ən önəmlisi odu ki, atdığım addımın sonu müsbət nəticə verdi və Çempionlar Liqasında çıxış etdim. Karyeram təəccüblü hadisələrlə zəngindi. Bu üzdən də məni heç nə təəccübləndirə bilməz”.



© APA 2018