İdman xəbərləri

“Qəbələ” – “Yagelloniya” oyunu tarixə düşür

12:48 13-07-2017

“Qəbələ” – “Yagelloniya” oyunu tarixə düşür

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Yagelloniya” qarşılaşması tarixi əhəmiyyətə malikdi. Apasport.az saytının məlumatına görə, bu gün Bakıda baş tutacaq matç Azərbaycan klublarının bu turnirdə 200-cü oyunudu.

 

Söhbət hazırda qitənin ikinci dərəcəli klub turnirindən gedir. 1994-cü ildə UEFA kubokundakı debütümüzü rəsmiləşdirən “Turan”ın “Fənərbaxça” ilə 23 il əvvəlki matçından (0:5) indiyədək klublarımız bu yarışda 199 görüşə çıxıb. 1994-2009-cu illərdə UEFA kubokunda oynayan komandalarımız 2009-2017-ci illərdə yeni ad altında – Avropa Liqası kimi keçirilən kubokda mübarizə aparıb.

 

Baş tutan 199 görüşdən 57-də təmsilçilərimiz qalib gəlib. “Qəbələ”nin 8-ci km qəsəbəsindəki qələbəsi 58-ci ola bilər. Avropa Liqasının ümumi tarixində 50 heç-heçəsi olan komandalarımız 92 dəfə meydanı məğlub tərk edib.



© APA 2017