İdman xəbərləri

“Qızıl top”a bütün namizədlər açıqlanıb - YENİLƏNİB

22:23 09-10-2017

“Qızıl top”a bütün namizədlər açıqlanıb - YENİLƏNİB

Fransanın nüfuzlu “France Football” nəşri “qızıl top” mükafatına bütün namizədləri müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 5-liklər şəklində elan olunan oyunçuların sonuncu qrupu da ictimaiyyətə açıqlanıb.

 

Lionel Messi (“Barselona”), Pyer-Emerik Obameyanq (“Borussiya” D.), Edison Kavani (PSJ), Mats Hummels (“Bavariya”), Karim Benzema (“Real”), Kilian Mbappe (PSJ/”Monako”), İsko (“Real”), Leonardo Bonuççi (“Yuventus”/”Milan”), Eden Azar (“Çelsi”), Kristiano Ronaldonun (“Real”) adı da siyahıya əlavə edilib.

 

Daha öncə açıqlanan siyahıda isə Canluici Buffon (“Yuventus”), Antuan Qrizman (“Atletiko”), Radamel Falkao (“Monako”), Toni  Kroos (“Real”) və Sadio Manenin (“Liverpul”), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David De Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Dzekonun (“Roma”, Bosniya və Herseqovina), Luis Suares (“Barselona”, Uruqvay), Yan Oblak (“Atletiko”, Sloveniya), Serxio Ramos (“Real”, İspaniya), Filipe Koutinyo (“Liverpul”, Braziliya), Dris Mertens (“Napoli”, Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya) və Nqolo Kantenin ("Çelsi", Fransa) adları yer almışdı.

 

Yekun siyahıda 30 futbolçu yer alıb.

 

***

 

20:35

 

Fransanın nüfuzlu “France Football” nəşri “qızıl top” mükafatına daha 5 namizədi açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, Canluici Buffon (“Yuventus”), Antuan Qrizman (“Atletiko”), Radamel Falkao (“Monako”), Toni  Kroos (“Real”) və Sadio Manenin (“Liverpul”) adı da siyahıya əlavə edilib.

 

Daha öncə açıqlanan siyahıda isə Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David De Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Dzekonun (“Roma”, Bosniya və Herseqovina), Luis Suares (“Barselona”, Uruqvay), Yan Oblak (“Atletiko”, Sloveniya), Serxio Ramos (“Real”, İspaniya), Filipe Koutinyo (“Liverpul”, Braziliya), Dris Mertens (“Napoli”, Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya) və Nqolo Kantenin ("Çelsi", Fransa) adları yer almışdı.

 

Yekun siyahıda 30 futbolçu olacaq.

 

Qeyd edək ki, “qızıl top” mükafatının son qalibi “Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo olub.



© APA 2017