İdman xəbərləri

Əfsanəvi futbolçu ölkə prezidenti seçilib

12:32 12-10-2017

Əfsanəvi futbolçu ölkə prezidenti seçilib

Əfsanəvi futbolçu Corc Vea ölkəsinin başçısı seçilib.

 

Apasport.az saytı xarici mətbuata xəbər verir ki, “Milan”ın sabiq hücumçusu Liberiyada prezident seçkilərində qalıb gəlib.

 

O, seçki prosesində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb.

 

1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində “Milan”la yanaşı, “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” və “Marsel” klublarının da formasını geyinib.

 

Qeyd edək ki, Corc Vea 1995-ci ildə “Qızıl top” mükafatını qazanıb. 



© APA 2017