İdman xəbərləri

“Real” İsko ilə razılığa gəlib

16:48 09-08-2017

“Real” İsko ilə razılığa gəlib

Madrid “Real”ının futbolçusu İsko komandasını dəyişmək haqda düşünmür. Apasport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “kral klubu” ilə yeni müqavilə imzalayacaq.

 

Bu barədə ESPN-ə açıqlamasında futbolçu özü məlumat verib: “Praktiki olaraq, yeni sözləşmə haqda razılığa gəlmişik. Bəzi detallarda anlaşmaq qalıb. Ən qısa zamanda klub mənimlə yeni müqavilə bağladığını rəsmən açıqlayacaq”.

 

Qeyd edək ki, İsko “Real”a 2013-cü ildə “Malaqa”dan transfer olunub. O, hazırkı komandasında bu vaxta qədər 192 oyunda 34 qola imza atıb.



© APA 2017