İdman xəbərləri

Rumıniya millisinin baş məşqçisi vəzifəsindən qovulub

23:24 11-09-2017

Rumıniya millisinin baş məşqçisi vəzifəsindən qovulub

Kristof Daum istefaya göndərilib.

 

Apasport.az saytının məlumatına görə, Rumıniya Futbol Federasiyası alman məşqçinin millidəki işinə son verib.

 

Federasiyanın bu gün keçirdiyi iclasda onunla müqaviləyə son qoyulub.

 

Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burlenau yeni baş məşqçi axtarışlarına başladıqlarını bildirib.

 

Qeyd edək ki, K.Daum Rumıniya millisi ilə çıxdığı son 6 matçda cəmi 1 qələbə qazanıb.

 



© APA 2017