İdman xəbərləri

Rusiyada keçiriləcək dünya çempionatının rəsmi himni təqdim olunub

14:25 10-03-2018

Rusiyada keçiriləcək dünya çempionatının rəsmi himni təqdim olunub

Amerikalı müğənni Ceycon Derulo Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himnini təqdim edib. Apasport.az saytının məlumatına görə, kompozisiya “Colars” adlanır.

 

Müğənni himni bu il təşkil olunacaq mundialın açılış mərasimində ifa edəcək.

 

Dünya çempionatının açılışı iyunun 14-də Moskvanın “Lujniki” stadionunda olacaq. Ardınca Rusiya – Səudiyyə Ərəbistanı oyunu keçiriləcək.

 

Qeyd edək ki, Rusiyanın 11 şəhərinin 12 arenasında baş tutacaq yarışın qalibi iyulun 15-də bilinəcək.



© APA 2018